HƏDDİNİ AŞMAQ

1. Qudurmaq; ~ başına çıxmaq, cızığından çıxmaq, cığırından çıxmaq, başından böyük (yekə) qələt eləmək, ölçü-biçi bilməmək, sərhədi keçmək, yüyənini qırmaq, yolunu azmaq, uzaq getmək, əndazədən çıxmaq, şitini çıxarmaq, ağ eləmək, Tanrısına təpik atmaq. 

2. Son dərəcə çox olmaq, normadan kənara çıxmaq; ~ ifrata varmaq, əndazədən çıxmaq, şiti çıxmaq, kəmsiyini qırmaq, qurşağa çıxmaq.

HƏDD QOYMAQ
HƏDDİNİ BİLMƏK
OBASTAN VİKİ
Aşmaq (Həştrud)
Aşmaq (fars. اشمق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (6 ailə).